Universitetin müəllim və tələbələri seminarda iştirak ediblər

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminar keçirilib.

Seminarda DQİDK-nin sədr müavini Gündüz  İsmayılov, DQİDK-nin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, DQİDK-nin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Azər İbrahimov iştirak ediblər.

Gəncə Dövlət Universitetinin müəllim və tələbələri də seminarda iştirak ediblər.

Seminarda çıxış edən natiqlər bildiriblər ki, ölkədə hazırda dini durum sabitdir və son illərdə bu sabitlik daha da möhkəmlənib. Həm beynəlxalq miqyasda, həm də ölkə səviyyəsində gölürən tədbirlər, radikalimzlə mübarizənin komplkes şəkildə həyata keçirilməsi öz bəhrəsini verir. Ölkədə radikalizmlə mübarizə üç istiqamətdə ideoloji, iqtisadi və hüquqi müstəvidə həyata keçirilir. Radikalizmin mərhələli şəkildə yarandığını bildirən məruzəçilər ilkin mərhələdə qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar. Radikalizmin yaranmasının əsas səbəblərindən biri də insanların əhvali-ruhiyyəsi ilə yanaşı, onların etnik kimliyidir. Azərbaycan xalqının xüsusiyyətləri elədir ki, onları radikalizmə yönəltmək heç də asan deyil. Azərbyacanda radikal idea və dini düşüncələrin, habelə radikal və ekstremist qrupların özünə köklü yer tapması mümkün deyil. Xüsusilə də Gəncə kimi, öz milli mənəvi dəyərlərinə, soy-kökünə sadiq olan bir şəhərdə.

Azərbaycandakı dinlərarası tolerantlıq mühitindən söz açan çıxışçılar ölkəmizdə mövcud olan multikultural dəyərlər və tolerantlıq ənənələr haqqında məlumat verərək bildiriblər ki, aparılan təhlillərlə radikalizm və ekstremizmin əsas qurbanlarının məhz gənclər olduğu müəyyən edilib. Bu fakt nəzərə alınaraq keçirilən maarifləndirmə tədbirlərinə məhz şagird və tələbələrin cəlb olunmasına xüsusi diqqət yetirilir.

Seminarda yeniyetmə və gənclərə dini radikalizm və ekstremizm barədə ətarflı məlumat verildikdən sonra, onları maraqlandıran suallar cavablandırılıb.

Sonda, DQİDK tərəfindən Məhsəti Gəncəvi Mərkəzində kitab sərgisi təşkil olunub. Milli Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən çap edilmiş 50 adda 1000-dən artıq kitab sərgi iştirakçılarına hədiyyə edilib.