FIRAT UNİVERSİTETİNDƏN GƏLƏN NÜMAYƏNDƏ HEYƏTİ USTAD DƏRSİ TƏŞKİL ETDİ

22 noyabr 2021-ci il tarixdə Fırat Universitetinin İdman Elmləri Fakültəsinin İdman İdarəetməsi Kafedrasından Prof. Dr. Sebahattin DEVECIOĞLU, Fənn Fakültəsinin Statistika Kafedrasından Doç. Dr. Nurhan HALİSDEMİR və İnformasiya Texnologiyaları şöbəsindən Atilla BİNGÖL İnnovasiyalar departamentində ustad dərsi təşkil edib.

Tədbirdən öncə nümayəndə heyəti Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə ilə görüşdükdən sonra gələcək əməkdaşlıqları müzakirə edib. Görüşün sonunda Fırat Universiteti rektorunun simvolik hədiyyəsini Pərvin Kərimzadəyə təqdim etmişlər.  

Ustad dərsində İqtisadiyyat və idarəetmə, Pedaqoji və Riyaziyyat-informatika fakültələrinin müəllim və tələbə heyəti iştirak edib. Doç. Dr. Nurhan HALİSDEMİR iştirakçılara tətbiqi statistika haqqında ətraflı məlumat vermiş, və statistik məlumatların hazırlanması üçün tələb olunan proqram paketleri haqqında çıxış etmişdir. Çıxış zamanı əsas üstünlük SPSS proqramı haqqında olmuşdur. Çıxışçı proqramın istifadəsi və faydaları haqqında ətraflı məlumat vermişdir. Daha sonra Prof. Dr. Sebahattin DEVECIOĞLU bədən tərbiyəsi və idman elmi haqqında akademik məlumatlardan ibarət çıxış etmişdir. O, bu sahədə dünya təcrübəsini bölüşərək hazırda aktual hesab edilən mövzular haqqında informasiya təqdim edib. Sonda hər iki çıxışçı gələcəkdə birgə hansı işləri həyata keçirə biləcəkləri haqqında məlumat verib. Qonaqlar gələcəkdə bu kimi tədbirlərin davam edəcəyini qeyd edib.

Tədbirin sonunda Fırat Universiteti rektorunun simvolik hədiyyəsini departamentin direktoruna təqdim etmişlər. Departamentin direktoru isə universitet rektoru adından simvolik hədiyyəni Fırat Universitetindən gələn nümayəndə heyətinə təqdim edib.