Fizika və texniki fənlər və Pedoqoji fakültələrin tədris köməkçi heyəti ilə görüş təşkil olunub
17.04.2025 -ci il tarixdə Gəncə Dövlət Universitetində İdarəetmə strukturlarının fəaliyyətinin manitorinqi, qiymətləndirilməsi, optimallaşdırılması komissiyası tərəfindən növbəti görüş keçirilib.
Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyevin sədrliyi ilə işçi qrupun İnzibati və tədris-köməkçi heyətin sayının optimallaşdırılması və ixtisas uyğunluğunun təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə Fizika və texniki fənlər və Pedoqoji fakültələrin tədris köməkçi heyəti ilə görüş təşkil olunub.
Görüşdə maraqlı tərəf qismində İnsan resursları şöbəsinin müdiri G.Tağıyeva, şöbənin böyük inspektoru G.Ramazanova və müvafiq kafedra müdirləri iştirak ediblər.