FİZİKA VƏ TEXNİKİ FƏNLƏR FAKÜLTƏSİNİN TƏCRÜBƏÇİ TƏLƏBƏLƏRİ PLENER TƏCÜBƏSİNDƏ

Rektorluğun 23.12.2021-ci il tarixli 4/155 saylı əmrinə əsasən Fizika və texniki fənlər fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə IV kurs tələbələri pedaqoji təcrübə ilə yanaşı 24.04.2022-ci ildən 24.05.2022-ci il tarixinə kimi Gəncə şəhəri və ətraf  rayonlarda plener təcrübəsində iştirak edirlər.

Təsviri incəsənət müəllimliyi ixtisasıda plener açıq havada dərsin ən vacib sahələrdən biri sayılır. Plenerdə tələbələr təbiət və onun elementlərini əyani olaraq görür bir-biri ilə müqayisə edir, təbii işıqlanma ilə suni işıqlanmada əşyaların rənginin necə dəyişdiyini görür və təsvir etməyi öyrənir. Gəncə şəhərin və ətraf rayonların müxtəlif bölgələrində keçirilən plener təcrübəsində tələbələr çox həvəslə iştirak edirlər. Təcrübənin səmərəli təşkil olunmasında Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Təsviri incəsənət kafedrasının müdiri prof. Mərdan Məmmədov, təcrübə rəhbəri dos. Akif Hüseynov tələbələrə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verdilər.

Təcrübə dövründə tələbələr rəhbər müəllimlərlə xatirə şəkilləri çəkdirdilər.