FRANSIZLAR MÜSABİQƏ KEÇİRDİLƏR

22 aprel 2016-cı il tarixdə Gəncə Dövlət Universitetiunin Xarici dillər fakültəsinin  baş müəllim Məhərrəm Orucovun rəhbərlik etdiyi Fransız dili kafedrasında tədbir keçirilmişdir. Tələbələrin fransız dilinə bələd olmalarını, nə dərəcədə mənimsəmələrini, söz ehtiyatını zənginləşdirmələrini, tərcüməçilik mədəniyyətinə yiyələnmələrini müəyyənləşdirmək məqsədi ilə inşa yazı müsabiqəsi təşkil olunmuşdur. Müsabiqəyə  Azərbaycanda Fransız səfirliyinin təhsil üzrə attaşesi Vensan Lorenzini və Kampus Frans Agentliyinin universitetlər üzrə müşaviri Batist Mignot tərəfindən nəzarət olunmuşdur.

Müsabiqənin qalibi olan tələbə 10-15 günlüyə Fransanı gəzmək şansına malik olacaqdır.