Gəncə Dövlət Universiteti Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq

Gəncə Dövlət Universiteti 30 iyul – 1 avqust 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin elektron imtahanlar korpusunda keçiriləcək ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq.

Sərgidə abituriyentlər və onların valideynləri iştirak edə bilərlər.

Sərgidə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ziyarətçilərə sərgidə iştirak etmək üçün özlərinə uyğun tarixi və saatı seçmək imkanı da verilir.

https://portal.dim.gov.az/sergi