GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATININ NÖVBƏTİ UĞURU

Heydər Əliyev Mərkəzində Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi,  Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan gəncləri gününə həsr olunan tədbir təşkil olunmuşdur.

Toplantıda  Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər ziyalıları, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər və tələbələr iştirak etmişlər.

Tədbirdə bir qrup gənc Gəncə şəhərinin ictimai həyatında fəal iştirakına və gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə görə “2 Fevral – Gənclər günü” münasibəti ilə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunmuşlar.

2019-cu ilin yekunlarına əsasən göstərdiyi xüsusi fəallığa görə Ali ixtisas təhsil müəssisələri arasında “İlin tələbə gənclər təşkilati” nominasiyası üzrə  Gəncə Dövlət Universiteti tələbə gənclər təşkilatı Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən təltif edilmişdir.