Gəncə Dövlət Universitetində Akademik İngilis Dili Təlimləri Davam Edir
Gəncə Dövlət Universitetində akademik heyət üçün keçirilən “Akademik və peşəkar İngilis dili bacarıqlarının inkişafı” adlı təlim proqramının 5-ci modulu 29 may 2025-ci il tarixdə baş tutdu. Bu dəfəki modulun mövzusu “Ingilis dilində rəsmi və qeyri-rəsmi ünsiyyət” oldu. Təlim Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Gülər Sadıqova tərəfindən keçirildi.
Təlimin əsas məqsədləri rəsmi və qeyri-rəsmi İngilis dili arasında əsas fərqləri anlamaq, akademik ünsiyyət üçün uyğun dil üslublarını müəyyən etmək və müzakirələrdə düzgün tələffüzü tətbiq etmək idi. Təlim akademik heyətin rəsmi və qeyri- rəsmi ünsiyyət üslubları sahəsindəki bacarıqların inkişaf etdirilməsini nəzərdə tuturdu.
Təlim zamanı iştirakçılara rəsmi və qeyri-rəsmi ünsiyyət arasındakı fərqlər və hər iki üslubda istifadə olunan lazımi ifadələr təqdim olundu.