Gəncə Dövlət Universitetində autizmlə bağlı maarifləndirici tədbir keçirilib
Gəncə Dövlət Universitetində “Autizm spektr pozuntusunun diaqnostikası və psixo korreksiya yolları” mövzusunda tədbir keçirilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək ölkəmizdə autizmlə bağlı vəziyyət, autizm spektr pozuntusu olan şəxslərin reabilitasiyası istiqamətində həyata keçirilən zəruri tədbirlərdən danışıb.
Tədbirdə Psycho Clinic Mərkəzinin rəhbəri Anarə Quliyeva autizm spektr pozuntusunun diaqnostikası və psixo korreksiya yollarından danışıb, autizm spektrumuna səbəb olan faktorlar, autizm spekturumu pozuntusunun əlamətləri, autizmdə reabilitasiya və istifadə olunan metodlar kimi məsələlərdən bəhs edib.
Sonda tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti