Gəncə Dövlət Universitetində “Belçikaya komikslərlə səyahət” adlı sərgi keçirilib

           Belçika Krallığının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Univeristetində “Belçikaya komikslərlə səyahət” adlı mədəni sərgi keçirilib.

        Sərgidə Belçikanın Azərbaycandakı səfiri Mişel Pitermans, Gəncənin  idarə, müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri, universitetin prorektorları, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

       Rektorun baş müşaviri Asif Cavadov çıxış edərək sərgi haqqında məlumat verib. Qeyd edib ki, sərgidə nümayiş edilən əsərlərdə  Belçikanın şəhərləri və görməli yerləri, həmçinin ölkənin mədəni ənənələrinə aid məlumatlar əksini tapıb.

     Belçikanın Azərbaycandakı səfiri Mişel Pitermans Gəncə Dövlət Universitetində olduğu və sərgidə iştirak etdiyi üçün məmnunluğunu bildirib. Səfir qeyd edib ki, sərginin keçirilməsində məqsəd Azərbaycan ictimaiyyətinə Belçikanı kəşf etmək imkanı yaratmaqdır.

    Sərgiyə baxış zamanı məlumat verilib ki, Belçikada komikslər “9-cu incəsənət” hesab olunur. Brüsseldə çox sayda komikslərə həsr olunmuş muzeylər fəaliyyət göstərir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti