GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ ELMİ ŞURANIN İLK İCLASI ONLAYN KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetində (GDU) 2020/2021-ci tədris ilində Elmi Şuranın ilk iclası “Microsoft Teams” proqramı vasitəsilə online şəkildə təşkil edilmişdir.

İclası giriş sözü ilə açan rektor Yusif  Yusibov şura üzvlərini yeni tədris ilinin başlaması münasibətilə təbrik edərək gündəlikdə olan məsələləri iştirakçıların nəzərinə çatdırmışdır. “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarının icrası haqqında” Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2020-ci il 2 sentyabr tarixli F-391 nömrəli əmrindən irəli gələn məsələlərin icrası ilə bağlı qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir. Pandemiyanın davam etməsi ilə əlaqədar olaraq virusa qarşı təhlükəszliyin təmin edilməsi məqsədilə hazırlanmış təlimat kitabçası, universitetdə tədrisin distant formada təşkili, karantin rejiminin tələblərinə ciddi riayət olunmasının təmin edilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Daha sonra GDU-nun  Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fəxrəddin Məmmədovun “2019/2020-ci tədris ilinin yaz imtahan sessiyasının yekunu və 2020/2021-ci tədris ilində qarşıda duran vəzifələr “ ilə bağlı məruzəsi ətrafında müzakirələr aparılmışdır.

Elmi Şurada Əlavə təhsil üzrə tələbə qəbulunun və GDU-nun yeni tədris ilində qarşıda duran vəzifələri, təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, tədrisin keyfiyyətinin artırılması məqsədilə “elektron universitet” modelinin tətbiqi, maddi-texniki bazanın təkmilləşdirilməsi, qarşıya çıxacaq problemlər, onların həlli yolları və görüləcək işlər müzakirə edilmişdir.

Rektor Yusif Yusibov distant dərslərin təşkil edilməsi və idarə olunmasında fəal iştirak edən sturktur rəhbərlərinə, fakültə dekanlıqlarına, professor-müəllim heyətinə və texniki kollektivə təşəkkür edib, kollektivə yeni tədris ilində uğurlar arzulamışdır.

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ