GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ GÖRÜŞ


18 fevral 2015-ci il tarixdə “Bakı 2015 Avropa Oyunları” Əməliyyat Komitəsi Könüllülər Deportamentinin nümayəndəsi Aydan Əliyevanın rəhbərliyi ilə ölkəmizdə reallaşacaq ilk qitə oyunları haqda məlumatlandırma və maarifləndirmə məqsədi ilə bölgələrdə tədbirlər həyata keçirir. Gəncə Dövlət Universiteti  “Əməliyyat Komitəsi”nin qərb bölgəsi üzrə könüllülərlə bağlı ilk təqdimat keçirdiyi müəssisədir.
Görüşü Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru dosent Pərvin Kərimzadə açaraq qonaqları salamlamış və Vətənimizdə keçiriləcək, Azərbaycanın iqtisadi qüdrətini, beynəlxalq aləmdə nüfuzunu bir daha nümayş etdirən olimpiya oyunları haqqında məlumat vermişdir.
Görüşün əsas məqsədi tələbələrdən ibarət könüllülərin oyunlara cəlb olunmasıdır. İdman könüllüsü Xəqani Cəfərov, idman üzrə mütəxəssis Con Nun, Milli Olimpiya Komitəsinin nümayəndəsi Cəmil Hüseynov könüllülər haqqında təlimati söhbətlər aparmış, video-çarxlar nümayiş etdirilmiş, könüllülərin bu oyunlarda vacib rol oynadığını diqqətə çatdırmaqla onlara yarışlar zamanı görəcəkləri işlərlə bağlı informasiya verillmişdir. Avropa oyunlarının proqramına daxil olan və paytaxtdan kənarda, yəni Mingəçevir şəhərində təşkil ediləcək yeganə idman növü olan avarçəkmə yarışlarında gəncəli idman könüllülərinin iştirakının mühüm amil olduğunu xüsusilə vurğulamışlar.
Universitetin  230-dən çox tələbəsi  qeydiyyatdan keçmişdi. Bunlardan 150 nəfəri seçilib könüllülər dəstəsinə qatılacaqdır.
Tədbirdə Gəncə şəhər İcra hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov,  Gəncə Şəhər Gənclər və İdman Baş idarəsinin nümayəndəsi Rəşad Əlizadə iştirak etmişdir.