Gəncə Dövlət Universitetində “İnsan alveri və qadın zorakılığı” mövzusunda dəyirmi masa keçirilib
Gəncə Dövlət Universitetində “İnsan alveri və qadın zorakılığı” mövzusunda keçirilən dəyirmi masada Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva çıxış edərək bildirib ki, Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində dövlət tərəfindən geniş miqyaslı maarifləndirici tədbirlər həyata keçirilir. Qadınlara və uşaqlara qarşı zorakılıq coğrafi sərhəd, nə də yaş həddi tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmamışdır. Prorektor zorakılığa səbəb olan halların aradan qaldırılması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərdən və məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi sahəsində görülən işlərdən danışıb.
Dəyirmi masada GDU Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Ekalogiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova, Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Güləbatın Hümbətova, baş müəllim İlahə Fərəcullayeva çıxış edərək insan hüquq və azadlıqlarının qorunmasından, eləcə də məişət zorakılığı hallarına qarşı mübarizədə qanunvericilik bazasından söz açıblar.
Dəyirmi masada mövzu ilə bağlı diskusiya aparılıb.





