Gəncə Dövlət Universitetində Nə? Harada? Nə zaman?” intellektual yarışın ilk mərhələsi keçirilib
Gəncə Dövlət Universitetində “Nə? Harada? Nə zaman?” intellektual yarışın ilk mərhələsi keçirilib.
Bilik yarışmasında hər fakültədən 9 komanda iştirak edib və “SSBP+” adlı komanda birinci yerə layiq görülüb. Tarix-coğrafiya fakültəsinin tələbələrindən ibarət “Altunay” adlı komanda ikinci yeri, Filologiya fakültəsinin “Bədii ekspressionistlər” adlı komandası isə üçüncü yeri tutub.
Qeyd edək ki, turnirin 2- ci mərhələsi may ayında keçiriləcək. Final mərhələnin Xankəndi şəhərində təşkil olunması nəzərdə tutulur.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti