Gəncə Dövlət Universitetində növbəti elmi seminar keçirilib

         Gəncə Dövlət Universitetinin “Pedaqoji” fakültəsinin nəzdində fəaliyyət göstərən “Musiqi fənləri” kafedrasında elmi seminar keçirilib. Elmi seminar “Azərbaycan bəstəkarlarının əsərlərində Məhsəti Gəncəvinin poeziyasının təcəssümü” mövzusuna həsr edilib.

         Seminarda giriş sözü ilə çıxış edən “Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva son dövrdə Universitetdə elmi tədqiqat işlərinin müasir dövrün tələbləri səviyyəsində hazırlanmasını, mühüm elmi nəticələrin tədrisdə tətbiq edilməsini, elmin təhsilə inteqrasiyasını, elmi seminarların aktual mövzularda keçirilməsi istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini qeyd edib.

        Daha sonra kafedranın baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevinc Rüstəmova “Azərbaycan bəstəkarlarının əsərlərində Məhsəti Gəncəvinin poeziyasının təcəssümü” mövzusunda məruzə ilə çıxış edib. Həmçinin seminar iştirakçılarının suallarını cavablandırıb.

       Gəncə Dövlət Universitetinin “Musiqi müəllimliyi” ixtisası üzrə pedaqoji fakültə tələbələrindən ibarət “Ozan” folklor ansamblının ifasında musiqisi Sevda Qurbanəliyevanın,  sözləri Məhsəti Gəncəvinin “Xərabat” ikisəsli xor səsləndirilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti