Gəncə Dövlət Universitetində payız semestrinin imtahan sessiyasına hazırlığın yekunları ilə bağlı tələbələrlə görüş təşkil edilib

                Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı olaraq beşinci tədris korpusunda tələbələrlə görüşüb.  Rektor Yusif Yusibov çıxışında bildirib ki, tələbələrlə ənənə halı alan bu cür  görüşlərin keçirilməsində əsas məqsəd onların imtahanlara hazırlıq səviyyəsini öyrənmək, imtahanlarla bağlı çətinlik və problemlərini dinləməkdir. Həmçinin  gənclərin suallarını cavablandırmaq eləcə də imtahanlara hazırlıq prosesində  qarşılaşa biləcəkləri çətinliklərin operativ həllinə nail olmaqdır. 

    Rektor Yusif Yusibov tələbələri hər zaman dinləməyə və fikir, təkliflərini eşitməyə hazır olduğunu bildirib, imtahanların şəffaf keçirilməsi üçün bütün lazımı tədbirlərin də əvvəlcədən həyata keçirildiyini diqqətə çatdırıb. Rektor tələbələrə imtahanlarda uğurlar arzulayraq öz tövsiyələrini verib.

    Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov  çıxışında imtahanların keçirilmə qaydaları və tarixi barədə tələbələrə ətraflı məlumat verib. Prorektor qeyd edib ki, imtahan sessiyasının mövcud əsasnamələrə uyğun keçirilməsi üçün lazımi şərait yaradılıb və imtahanla əlaqədar təlimat hazırlanıb. Bütün bunlar isə universitetin rəsmi saytında yerləşdirilib. Rektorun əmrinə əsasən imtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası təşkil edilib.

   İmtahanlar yazılı, test, yaradıcılıq tələb edən ixtisaslarda qabiliyyət və pilot layihə olaraq ilk dəfə biologiya müəllimliyi,  eləcə də Kimya-biologiya tədris ingilis dili olan  ixtisaslarında  şifahi formada imtahanlar keçiriləcəkdir.  6 yanvar 2025-ci il tarixdə başlayacaq  imtahan sessiyası 31 yanvar 2025-ci il tarixində yekunlaşacaq.

    Sessiya zamanı üzürlü səbəbdən imtahanda iştirak etməyən və akademik borcu yaranmış tələbələrə  03-14 fevral 2025-cü il tarixlərdə təkrar imtahan vermək üçün şəraitin yaradılması nəzərdə tutulur.

  Tələbələr göstərilən diqqət və dəstəyə görə rektora minnətdarlıqlarını bildiriblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti