GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ QİYABİ FORMADA TƏHSİL ALAN TƏLƏBƏLƏRİN DƏRSLƏRİ BAŞLAYIB

             3 iyun 2024-cü il tarixdə Gəncə Dövlət Universitetində qiyabi formada təhsil alan tələbələrin yaz semestri başlayıb.

           İlk dərs günündə Qiyabi şöbənin müdiri Elsevər Nağıyev tələbələrlə görüşüb və onlara dərslərində uğurlar arzulayıb. Diqqətə çatdırılıb ki, dərslərin yüksək səviyyədə təşkili, gənclərin zəruri dərsliklərlə təminatı və imtahanların obyektiv, şəffaf keçirilməsi universitet rəhbərliyi  tərəfindən daim diqqətdə saxlanılır.

        Sonra tələbələrə tədris prosesi və imtahan qaydaları barədə ətraflı məlumat verilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti