Gəncə Dövlət Universitetinin əməkdaşları Samuxda görüş keçirib

             Gəncə Dövlət Universitetinin (GDU) əməkdaşları Samux Rayon Təhsil sektorunun nümayəndələri, 30-a yaxın orta ümumtəhsil məktəbin direktorları və yuxarı sinif şagirdləri ilə görüş keçirib.  

     Gəncə Dövlət Universitetini təmsil edən işçi qrupunun üzvləri-dosent A.Quliyev, dosent C.Qarayev və dosent C.Bağırzadə çıxış edərək ali təhsil ocağında tədris olunan ixtisaslar, fakültələr, Tələbə Evi, kitabxanalar, laboratoriyalar haqqında ətraflı məlumat veriblər.

       Daha sonra universitetin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

        Görüşdə şagirdlərə Gəncə Dövlət Universitetinin fəaliyyəti haqqında bukletlər, diyircəkli qələmlər və dəftərçə təqdim edilib.

     Sonda şagirdlərin sualları ətraflı cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti