Gəncə Dövlət Universiteti
  • Haqqımızda
  • Rəhbərlik
    • Rektor
    • Tədris məsələləri üzrə prorektor
    • Elm və innovasiyalar üzrə prorektor
    • Humanitar məsələlər üzrə prorektor
    • İnzibati təsərrüfat işləri üzrə prorektor
    • Baş müşavir
    • Rektorluq
  • Fakültələr
    • Kimya-Biologiya
    • Riyaziyyat-İnformatika
    • Fizika və Texniki fənnlər
    • Pedaqoji
    • Tarix-Coğrafiya
    • Xarici Dillər
    • İqtisadiyyat-İdarəetmə
    • Filologiya
    • Magistratura
    • Qiyabi
  • İnnovasiyalar Departamenti
    • İnnovasiyalar Departamenti
    • Şöbələr
      • İnformasiya və Kommunikasiya Texnologiyaları şöbəsi
      • İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsi
      • Beynəlxalq Əlaqələr Şöbəsi
      • Strateji təhlil, qiymətləndirmə və monitorinq şöbəsi
      • İnformasiya resurslarının formalaşması şöbəsi
    • Xəbərlər
    • Elanlar
    • Departament direktoru
  • Tədris Departamenti
    • Departament direktoru
    • Tədrisin təşkili və idarə olunması sektoru
    • Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş sektoru
  • Şöbələr
    • Keyfiyyətin Təminatı Mərkəzi
    • İnsan Resursları
    • Mühasibatlıq şöbəsi
    • Təcrübə və karyera şöbəsi
    • Ümumi şöbə
    • Xüsusi şöbə
    • Nəşriyyat şöbəsi
  • Təşkilatlar
    • Azad Həmkarlar İttifaqı Komitəsi
    • Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi
    • Tələbə Gənclər Təşkilatı
    • Kitabxana
    • “YÜKSƏLİŞ” qəzetinin redaksiyası
    • İdman klubu
    • Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti
    • Tələbə Ombudsmanı
  • Sənədlər
    • Elmi xəbərlər
    • Konfrans materialları
    • Tövsiyələr
    • İmtahan sesiyası ilə bağlı təlimat
    • Buraxılış işinin yazılmasına və müdafiəsinə verilən tələblər
    • Magistr dissertasiya işinin yazılmasına dair metodik göstəriş
  • Xəbərlər
  • Elanlar
  • Qəbul
    • Qəbul
    • Admission
    • Прием
    • Kabul
  • Əlaqə
06 İyul 2018

GƏNCƏ DÖVLƏT UNIVERSİTETİNİN ELMI ŞURASININ SON İCLASI KEÇİRİLİB

Gəncə Dövlət Universitetinin (GDU) Elmi Şurasının 2017-2018–ci tədris ilində son iclası keçirilib.

GDU-nun rektoru, Elmi Şuranın sədri, professor Yusif Yusibov iclası açaraq Elmi Şuranın gündəliyinə universitetin ictimai həyatında yaxından iştirak edən, eyni zamanda çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli mədəni-kütləvi, idman tədbirlərində öz xüsusi bacarıqları ilə seçilən müəllim və tələbələrin mükafatları, universitetin əməkdaşlarına professor, “fəxri professor” və dosent elmi adının verilməsinə dair vəsatətin qaldırılması, eləcə də cari məsələlərin daxil olduğu barədə məlumat verib.

Bildirilib ki, Gənclər və İdman Nazirliyi tərəfindən Ali Təhsil məktəbləri arasında  keçirilən şahmat üzrə respublika çempionatında  GDU-nun komandası 3-cü yerə, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş tələbə spartakiadasında  universitetin Dama, Şahmat, Basketbol, Voleybol, Mini futbol, Atletika komandaları 1-ci yerə, Stolüstü tenis komandası 2-ci yerə, “Gənclik” Tələbə İdman Cəmiyyətinin ATM-lər arasında təşkil olunmuş yarışlarda universitetin komandaları 1-ci,2-ci və 3-cü yerlərə, YAP Gəncə şəhər Təşkilatının təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş turnirdə Futzal, Stolüstü tenis komandaları 1-ci yerə,  Şahmat komandası isə 2-ci yerə layiq görülərək “Fəxri fərman” , “Diplom” və mükafatlarla təltif olunublar.

Elmi Şurada Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyevanın “2017-2018-ci tədris ilində humanitar məsələlər üzrə görülən işlər”, eləcə dəTəcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayevin “Tədris ilinin ikinci yarısında keçirilmiş pedaqoji və istehsalat təcrübələrinin yekunları haqqında hesabatları dinlənilib.

Gülsüm Fətəliyeva bildirib ki, hazırda yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, eləcə də onların intellektual və fiziki inkişafının təmin olunması üçün universitetin rəhbəri rektor prosfessor Yusif Yusibov tərəfindən hər cür şərait yaradılıb.

Son illər gənclərimizin respublikamızın həyatında fəal iştirakı, gənc istedadların dövlət qayğısı ilə əhatə olunması gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən tədbirlərin tərkib hissəsidir.

Təcrübə və Karyera şöbəsinin müdiri qeyd edib ki, Cabbar Qarayev Təhsildə keyfiyyətin yaradılması, idarəedilməsi və proqnozlaşdırılmasının çevikliyini təmin etmək məqsədilə rektorun tapşırığına əsasən universitetin nüfuzlu alimlərindən, yüksək ixtisaslı kadrlarından, psixoloq və pedaqoqarından ibarət Təhsilin Keyfiyyətinə Nəzarət Komissiyası və nizam-intizam üzrə Monitorinq qrupları yaradılıb.

2017-2018-ci tədris ili ərzində universitetin Təcrübə və karyera mərkəzi və universitet rəhbərliyinin müvafiq əmri ilə yaradılmış xüsusi işçi qrupu də ali təhsil müəssisəsinin şəhər ictimaiyyəti içərisində nüfuzunun daha da yüksəldilməsi, nailiyyətlərinin təbliği, eləcə də yuxarı sinif şagirdlərinin gələcək karyera və peşə seçiminə köməklik üçün çoxsaylı tədbirlər həyata keçirib.

Bunun üçün universitetin Təcrübə və karyera mərkəzi özünün fəaliyyətini 5 istiqamətdə formalşdırıb və geniş təbliğat işinə başlayıb.

Mərkəz ilk olaraq şəhərin ümümtəhsil məktəblərində, xüsusən universitetin baza təhsil ocaqlarında professor-müəllim heyətinin nümunəvi dərslərini təşkil edib. Bu cür dərslər məktəb kollektivləri tərəfindən böyük razılıqla qarşılanıb.

Mərkəzin Gəncə və ətraf rayonların ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün təşkil etdiyi fənn olimpiadaları məktəblər arasında rəqabət mühiti yaratmaqla gənclərin elmə marağını daha da artırıb.

Təcrübə və  karyera mərkəzinin universitetin məzunlarının iş yerləri ilə təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlərlə müsbət nəticəyə nail olunub.

Elmi Şurada Prezident yanında Ali Atestasiya Komissiyasının qərarı ilə Təranə Verdiyevaya Texnika üzrə fəlsəfə doktoru, Natiqə İsmayılzadəyə Biologiya üzrə fəlsəfə doktoru, Aydın Nəğdəliyevə Azərbaycan dili  kafedrasının fəxri professoru elmi adı verilməsinə dair vəsiqələr təqdim olunub.

Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin “Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu haqqında” 6 avqust 2007-ci il tarixli, 612 nömrəli Fərmanına uyğun olaraq AYB –nın üzvü olan, Respublikamızda fəaliyyət göstərən bir sıra yazıçıların AYB tərəfindən namizədliyi irəli sürülərək Xüsusi Təqaüd Fonduna təqdim olunub. Bu yüksək mükafatla-1 illik Prezident Təqaüdü ilə təltif olunanların sırasında GDU-nun çoxtirajlı “Yüksəliş” qəzetinin əməkdaşı AYB-nin və AJB-nin  üzvü, “Qızıl qələm” mükafatı laureantı Ümbülbanu Hacıyevanın da adı var. Bununla bağlı rektor professor Yusif Yusibov universitetin əməkdaşını təbrik edib.

Elmi Katib tərəfindən Coğrafiya kafedrasında boş olan dosent yerinə seçki üzrə Siyasi Elmlər üzrə fəlsəfə doktoru Arifə Əhmədovanın və  Ümumi riyaziyyat kafedrasında boş olan dosent yerinə seçki üzrə Riyaziyyat üzrə fəlsəfə doktoru Sübhiyyə Zeynallının vəsatəti qaldırılıb və qəbul edilib.

Elmi Şura son iclasını cari məsələlərin müzakirəsi ilə yekunlaşdırıb.

GƏNCƏ DÖVLƏT UNIVERSİTETİNİN ELMI ŞURASININ SON İCLASI KEÇİRİLİB MEDİA NÜMAYƏNDƏLƏRİ EYNİ VAXTDA 500 TƏLƏBƏNİN BİLİYİNİN YOXLANDIĞI İMTAHAN PROSESİNİ İZLƏYİBLƏR

Axtar

Elanlar

  • “Müasir təbiət va iqtisad elmlərinin aktual problemləri” adlı beynalxalq elmi konfrans
  • “Heydər Əliyev və gəncliyimiz” mövzusunda esse müsabiqəsi
  • Əhməd Cavadın 130 illiyinə həsr olunmuş “Milli İstiqlal Şairi Əhməd Cavad” adlı esse müsabiqəsi
  • “ŞUŞA İLİ”NƏ HƏSR OLUNAN GƏNC ALİMLƏRİN BEYNƏLXALQ ELMİ KONFRANSI
  • 2022/2023-CÜ TƏDRİS İLİNDƏ BAKALAVRİAT SƏVİYYƏSİNƏ ÖDƏNİŞLİ ƏSASLARLA QƏBUL OLUNMUŞ VƏ TƏHSİL TƏLƏBƏ KREDİTİNDƏN YARARLANMAQ İSTƏYƏN ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

Son Yazılar

  • GDU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib
  • 31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Gəncə Dövlət Universitetində ağacəkmə aksiyası keçirilib
  • Təcrübəçi tələbələrimizə sertifikatlar təqdim olunub
  • Laçın rayonunun təhlükəsizliyinin qorunması əsas vəzifələrdən biridir
© Gəncə Dövlət Universiteti 2023