GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN FƏXRİ DOKTORLARI
Xanım Vaira Vike-Freyberqa-Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri
Azərbaycan və Latviya Respublikası arasında elm və təhsilin inkişafında xüsusi xidmətlərinə görə Gəncə Dövlət Universitetinin Elmi Şurasının 26 sentyabr 2012-ci il tarixli qərarı ilə (protokol № 06) Universitetin Fəxri Doktoru adı verilmişdir.
XANIM OTUNBAYEVA ROZA İSAQ QIZI
Qırğız siyasətçisi və diplomatı, sabiq Qırğızıstan Hökumətinin başçısı
Azərbaycan və Qırğızıstan Respublikası arasında elm və təhsilin inkişafında xüsusi xidmətlərinə görə Gəncə Dövlət Universitetinin Elmi Şurasının 26 sentyabr 2012-ci il tarixli qərarı ilə (protokol № 06) Universitetin Fəxri Doktoru adı verilmişdir.
Latviya Respublikasının sabiq Prezidenti
Xalqlar arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində xüsusi fəaliyyət göstərdiyinə görə Gəncə Dövlət Universitetinin Elmi Şurasının 05 may 2013-cü il tarixli qərarı ilə (protokol № 05) Universitetin Fəxri Doktoru adı verilmişdir.
Doktor İsmayıl Seragəldin
Misir Ərəb Respublikasının İsgəndəriyyə Kitabxanasının direktoruy, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri
Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi əsərlərinin, tolerantlıq və multikulturalizm, xalqlar arasında qarşılıqlı anlaşma və sülh ideyalarının təbliğində əvəzsiz xidmətlərinə görə Gəncə Dövlət Universitetinin Elmi Şurasının 08 dekabr 2016-cı il tarixli qərarı ilə (protokol № 10) Universitetin Fəxri Doktoru adı verilmişdir.