Gəncə Dövlət Universitetinin könüllü tələbələri Təhsil Tələbə Krediti Fondu tərəfindən təltif ediliblər

    Təhsil Tələbə Krediti Fondu tərəfindən Gəncə Dövlət Universitetinin 8 nəfər tələbəsi könüllülük proqramı çərçivəsində təşəkkürnamə ilə təltif ediblər. Bununla bağlı Gəncə Dövlət Universitetində tədbir keçirilib. Tədbiri Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva  açaraq könüllülük fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, könüllülüyün cəmiyyətdə və fərdin şəxsi inkişafında bir çox faydası var. Könüllülük fəaliyyəti gənclərin özlərini cəmiyyətin ayrılmaz və faydalı üzvü kimi hiss etməsinə zəmin yaradır. Ölkədə həyata keçirilən könüllülük proqramları onlar üçün mühüm imkanlar yaradır.

  Təhsil Tələbə Krediti Fondunun Universitet üzrə məsul şəxsi, Tədrisin Təşkili və İdarə olunması sektorunun müdiri Sevinc Quliyeva Fondun fəaliyyət istiqamətləri haqqında, Fond tərəfindən təqdim olunan kredit növləri, onların şərtləri və müraciət qaydalarını ətraflı izah edib.

Tədbirdə  Universitet  fakültələri üzrə könüllü tələbələr qazandıqları bacarıqlar haqqında çıxış ediblər. Təhsil Tələbə Krediti Fondunun   könüllü  fəaliyyətinin  onlarda şəxsi və karyera inkişafı baxımından müsbət təsir göstərdiyini qeyd ediblər.

 Sonda Gəncə Dövlət Universitetinin 8 fəal tələbəsi könüllülük fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunublar.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti