Gəncə Dövlət Universitetinin tələbələri Heydər Əliyev Mərkəzində olublar

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı və CreArt Vətənpərvərlik Klubunun təşkilatçılığı ilə bir qrup tələbələrin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

Ekskursiya çərçivəsində tələbələrə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair məlumat verilib. Həmçinin tələbələr  Heydər Əliyev Mərkəzində sərgilənən nadir eksponatlarla da yaxından tanış olublar. Bu cür maarifləndirici tədbirlər gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə və milli-mənəvi dəyərlərimizin daha dərindən mənimsənilməsinə xidmət edir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti