GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ “MİNGƏÇEVİR KUBOKU”NUN SAHİBİ OLUBLAR

Mingəçevir Gənclər Evinin dəstəyi ilə şəhərin 70 illik yubileyi münasibəti ilə “Mingəçevir Kuboku” adlı turnir yekunlaşıb.

İlk olaraq “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə 45 suallıq turnir baş tutub. Həmin turnirin nəticələrinə əsasən daha yüksək yerləri tutmuş 3 komanda “Xəmsə” Milli İntellektual Oyunlar üzrə qalibi müəyyənləşdirmək üçün növbəti mübarizəyə qoşulublar.

Nəticədə Mingəçevir şəhərinin “Panteon” komandası 3-cü yerə, Ağdaş rayonunun “AİK” komandası 2-ci yerə layiq görülüb.

Gəncə Dövlət Universitetinin “Felina” komandası isə bütün rəqiblərini arxada qoyaraq 1-ci yerə layiq görülüb  və “Mingəçevir kuboku”nun sahibi olub.