Gəncə Dövlət Universitetinin TGT nümayəndələri Qarabağ Universitetinə səfər ediblər


Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının üzvləri Qarabağ Universitetinə səfər ediblər. Səfər çərçivəsində hər iki universitetin tələbə təşkilatları arasında əməkdaşlıq imkanları müzakirə edilib.
Qonaqlar Qarabağ Universitetinin akademik və inzibati heyəti, tələbələr üçün yaradılmış şəraitlə yaxından tanış olublar. Universitetin fəaliyyəti, gələcək inkişaf planları və tədris prosesi haqqında ətraflı məlumat verilib. Həmçinin, universitetin infrastrukturu və tədris binaları nümayiş etdirilib.
Bu cür səfərlər tələbələr arasında dostluq münasibətlərinin inkişafına və ali təhsil müəssisələri arasında əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.