GƏNCƏDƏ COVİD-19-A QARŞI PEYVƏNDLƏMƏ PROSSESİ DAVAM EDİR

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-də başlanan peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Strategiyaya əsasən hazırda 18 yaş və daha yuxarı şəxslərin Covid-19 xəstəliyinə qarşı vaksinasiyası aparılır.

          Azərbaycanda koronavirusa qarşı peyvəndlənmə dövlət hesabına həyata keçirilir. Gəncədə yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndləmə prossesinə yanvarın 21-dən başlanılıb. Bu da Gəncə şəhər əhalisi tərəfindən müsbət qarşılanıb. Belə ki, sakinlər əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən dövlət siyasətini dəstəklədiklərini qeyd edib, COVİD-19-a qarşı ölkədə aparılan mübarizə tədbirlərinə görə dövlət başçısı İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirirlər.

Qeyd edək ki, Cənubi Qafqaz regionunda ilk olaraq Azərbaycanda əhalinin vaksinasiyasına başlanlılıb. Mərhələli şəkildə keçirilən peyvəndləmə prossesi zamanı xoşagəlməz hal qeydə alınmayıb. Həkimlər də vətəndaşları peyvənd olunmağa, özlərinin və yaxınlarının sağlamlığının qeydinə qalmağa çağırırlar.

            Qeyd edək ki, koronavirusa qarşı peyvəndləmə Gəncə Dövlət Universitetində də uğurla davam etdirilir. Hazırda universitet kollektivinin vaksinasiyasında son mərhələ gedir. Yaxın vaxtlarda kollektivin bütün üzvlərinin vaksinasiyası başa çatdırılacaqdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti