GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ DƏ KORONOVİRUSLA MÜBARİZƏDƏ FƏAL İŞTİRAK EDİR

Ölkəmizdə koronavirusla mübarizədə Gəncə Dövlət Universiteti də fəal iştirak edir. Belə ki, Dövlət Başçısının 19 mart 2020-ci il tarixli Fərmanına əsasən yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fondu” na 29 mart 2020-ci il tarixdə universitetin büdcə hesabından 30 (otuz) min manat vəsait köçürülmüşdür.

Həmçinin universitetin rektoru Yusif Yusibov bir aylıq əmək haqqını, 10 nəfər fakültə dekanları, prorektorlar, baş müşavir bir aylıq əmək haqqının 50 faizini, botanika kafedrasının müdiri Vaqif Novruzov ailə büdcəsindən 1000(min) azn vəsaiti bu fondun hesabına köçürmüşlər.