Gəncə Dövlət Universiteti Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulmuşdur

Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq, Gəncədə tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar olunması davam edir.

Gəncə Dövlət Universiteti də Gəncə Şəhər İcra Hakimiyyətinin bu təşəbbüsünə qoşularaq tənha yaşayan ahıllara və aztəminatlı ailələrə yardım etməyə başlamışdır. İlkin olaraq 40 ailəni sevindirən Gəncə Dövlət Universiteti yaxın günlərdə daha 20 nəfərə belə yardımın edilməsini qərara almışdır.