Gəncə Dövlət Universiteti ilə Çeçen Dövlət Pedaqoji Universiteti arasında akademik əməkdaşlıq müqaviləsi imzalanıb

Çeçen Dövlət Pedaqoji Universitetinin rektoru İsmail Bautdinoviç Bayxanovun rəhbərliyi etdiyi nümayəndə heyəti Gəncə Dövlət Universitetində (GDU) olub və ali təhsil ocağının rektoru Yusif Yusibovla görüşüb.
GDU-nun rektoru Yusif Yusibov ali təhsil ocağının tədris, elmi fəaliyyəti və xarici nüfuzlu universitetlər ilə əməkdaşlıq əlaqələri haqqında danışıb.
Görüşdə Çeçen Dövlət Pedaqoji Universitetinin rektoru İsmail Bautdinoviç Bayxanovun rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyət istiqamətləri, tədris olunan ixtisaslar və kadr hazırlığı üzrə aparılan işlərdən bəhs edib.
Söhbət zamanı hər iki universitet arasında akademik mübadilə və əməkdaşlıq məsələləri müzakirə edilib.
Daha sonra iki universitet arasında akademik əməkdaşlıq müqaviləsi imzalanıb. Sənəddə tələbələrin, akademik və inzibati heyətin, nəşrlərin və digər müvafiq materialların qarşılıqlı mübadiləsi, birgə seminar, tədris proqramlarının təşkili, ortaq elmi-tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi öz əksini tapıb.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti