Gəncə Dövlət Universiteti ilə Italiyanın Carlo Bo Urbino Universiteti arasında memorandum imzalanıb

Gəncə Dövlət Universiteti (GDU) Avropa universitetləri ilə əlaqələri genişləndirərək növbəti uğura imza atıb.

Belə ki, Gəncə Dövlət Universiteti ilə Italiyanın Carlo Bo Urbino Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memoranduma əsasən hər iki ali məktəb arasında təhsil, mədəni və elmi tədqiqatlar sahəsində əməkdaşlığın qurulması, tələbə və müəllimlərin mübadiləsi, eləcə də, birgə elmi tədqiqat və konfransların təşkil olunması planlaşdırılır.

 Qeyd edək ki, XV əsrin ortalarından etibarən fəaliyyət göstərən Carlo Bo Urbino Universitetində  dövlət universiteti statusundadır. Hazırda universitetdə 10 fakültə üzrə  17 minə yaxın tələbə ali təhsil alır. Universitetin binası görkəmli memarlığa sahib olan binalardan sayılır. Bu ali təhsil ocağında tələbə və alimlərə çox şaxəli kurslar və tədqiqat imkanları təklif edilir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti