Gəncə Dövlət Universiteti rektorunun baş müşaviri, tarix elmləri namizədi Asif Cavadovun 70 illik yubileyi qeyd olunub

         Gəncə Dövlət Universiteti rektorunun baş müşaviri, tarix elmləri namizədi, əməkdar müəllim və dosent Asif Cavadovun 70 illik yubileyi qeyd olunub.

      Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov yubiley münasibəti ilə yubilyarı təbrik edərək, ona can sağlığı və bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

     Rektor  Yusif Yusibov bildirib ki, həyatının böyük bir hissəsini yüksəkixtisaslı kadr hazırlığına həsr edən Asif Cavadov tarix elminin inkişafına əvəzsiz töhfələr verib. Çox sayda monaqrafiya, dərslik, dərs vəsaiti və seçilmiş elmi əsərlərin müəllifi olan Asif Cavadov uzun illər ərzində elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş və universitetin ictimai həyatında fəal iştirak etmişdir.

    Tədbir iştirakçıları yubilyarı təbrik edərək onun elmi fəaliyyətinin istiqamətlərindən söhbət açıblar.

    Rektorun baş müşaviri Asif Cavadov ona göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib.

    Tədbirdə Gəncə Dövlət Universitetinin tərəqqisində, inkişafında, gənc nəslin təlim-tərbiyəsində xüsusi xidmətlərinə görə və anadan olmasının 70 illik yubileyi münasibətilə rektor Yusif Yusibov tərəfindən yubilyara Fəxri Fərman və mükafatlar təqdim edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti