GDU-da akademik borcu qalmış tələbələrin yay semestri uğurla davam edir

    Gəncə Dövlət Universitetində 2022/2023-ci tədris ilinin payız və yaz semestrlərindən akademik borcu qalmış bakalavriat səviyyəsində təhsil alan tələbələr üçün yay semestri təşkil olunub.

    17 iyul tarixindən başlayan yay semestrində Universitetin Iqtisadiyyat və idarəetmə, həmçinin Xarici dillər fakültəsi üzrə müxtəlif ixtisaslarda təhsil alan 51 tələbə tədris məşğələlərində iştirak edir.

    Yay semestrinin təşkili üçün lazımi metodik sənədlər hazırlanıb və fakültələr üzrə təşkilatçı şəxslər təyin edilib. Tədris məşğələləri fənn müəllimləri tərəfindən saathesabı  icra olunur. Tədris məşğələləri 16 avqust tarixində başa çatacaq.

    Yay semestrinin imtahanları 19-23 avqust 2023-ci il tarixdə yazılı formada təşkil olunacaq. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti