Gəncə Dövlət Universiteti rektorunun bayram təbriki

Əziz professor-müəllim heyəti, əməkdaşlar və tələbələr!!!

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Dünya Azərbaycanlılarının həmrəyliyi getdikcə daha böyük məna və əhəmiyyət kəsb edir. Dövlət quruculuğunun bütün sahələrində əldə olunan mühüm nailiyyətlər Azərbaycanın dünya birliyində layiqli yer tutmasına, bütün dünya azərbaycanlılarının milli hüquqlarının, beynəlxalq haqlarının həyata keçirilməsinə geniş imkanlar açır. Bu gün Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı Prezident, Ali Baş Komandan cənab İlham Əliyev öz siyasi gücü, dəmir iradəsi, qətiyyəti və Müzəffər Ordumuzun qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsində Azərbaycanın gücünü bütün dünyaya tanıtdı.

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə professor-müəllim heyətini, əməkdaşları və tələbələri təbrik edirəm. Professor-müəllim heyətinə elmi-pedaqoji fəaliyyətlərində, tələbələrə isə təhsillərində uğurlar arzulayıram.

Bütün dünyanın, ölkəmizin də dünyanı cənginə almış COVİD-19-a qarşı effektiv mübarizəsi sayəsində ölkəmizdə bir çox çətinliklərin öhdəsindən layiqincə gəlindi. Universitet olaraq biz də virusla mübarizə apararaq professor-müəllim heyətini, əməkdaşları və tələbələri bacardığımız qədər qoruduq. Təhsil sisteminin bütün sahələrində online formada işlərimizi davam etdirdik.  Növbəti il əlamətdar tarixin dünyanın koronavirusa qalib gəldiyi bir şəraitdə qeyd olunacağına ümid bəsləyirəm.

Bayramlar ərəfəsində şəhidlərimizin unudulmaz xatirəsini bir daha hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, uğurlar  arzulayıram.

Bayramınız mübarək!