Rektor Universitetin professor-müəllim heyətini və əməkdaşlarını mükafatlandırıb

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov 85 illik yubileyi qeyd edilən universitetin “Yüksəliş” qəzetinin baş redaktoru, görkəmli yazıçı, əməkdar jurnalist  Qərib Mehdini qəbul etmiş, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə universitetin bir sıra profesor-müəllim heyətini, əməkdaşlarını “Fəxri Fərman” və “Təşəkkürnamə” ilə mükafatlandırmışdır.

Yubilyarla olan görüşdə rektor uzun və səmərəli fəaliyyətinə görə Qərib Mehdini “Fəxri Fərmanla” və mükafatla  təltif etmiş, yubilyara gələcək fəaliyyətində uğurlar və can sağlığı arzulamışdır.

Daha sonra rektor Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə universitetin 27 nəfər əməkdaşını “Fəxri Fərman”la, 23 nəfər əməkdaşını isə “Təşəkkürnamə” ilə təltif edərək, hər birinə can sağlığı və gələcək fəaliyyətlərində uğurlar arzu etmişdir.