Gəncə Dövlət Universiteti “RUR World University” Reytinqində yer alıb
Gəncə Dövlət Universiteti 2026-cı il üzrə RUR World University Reytinqində uğurlu göstəricilərlə təmsil olunub. Reytinq nəticələrinə əsasən, universitet dünya üzrə 1249-cu, Azərbaycan universitetləri arasında isə 15-ci yerdə qərarlaşıb.
RUR World University reytinqi ali təhsil müəssisələrinin fəaliyyətini müxtəlif istiqamətlər üzrə qiymətləndirən beynəlxalq reytinq platformasıdır. Platforma universitetləri tədris, tədqiqat, beynəlxalq müxtəliflik və maliyyə dayanıqlılığı kimi əsas göstəricilər üzrə müqayisə edir.
2026-cı il nəticələrinə görə, Gəncə Dövlət Universiteti ümumi World University Ranking göstəricisi üzrə 20.871 bal toplayıb. Universitetin ayrı-ayrı istiqamətlər üzrə nəticələri belədir:
Tədris Reytinqi üzrə 1265-ci yer və 15.956 bal,
Tədqiqat Reytinqi üzrə 1284-cü yer və 9.697 bal,
Beynəlxalq Müxtəliflik Reytinqi üzrə 1222-ci yer və 19.926 bal,
Maliyyə Davamlılığı Reytinqi üzrə 184-cü yer və 79.625 bal
Qeyd edək ki, RUR World University Ranking platforması milyonlarla məlumat göstəricisi, minlərlə universitet profili və 100-dən çox ölkəni əhatə edən qiymətləndirmə sistemi əsasında ali təhsil müəssisələrinin beynəlxalq müqayisəsini aparır.


