GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ ŞƏHƏR ŞƏNLİYİNDƏ

19 mart 2016-cı il tarixdə Gəncə şəhərinin gözəl guşələrində, o cümlədən təzə yaradılmış möhtəşəm  “Gəncəçay” park-bulvar kompleksində Novruz bayramı münasibətilə ümumşəhər şənliyi keçirilmişdir. Gəncə Dövlət Universitetinin kollektivi də bu şənlikdə yaxından iştirak etmiş, əməkdaşların və tələbələrin sənət nümunələrindən ibarət rəsm sərgisi və bayram süfrəsi nümayiş etdirilmişdir.

Kollektivimizin fəallığı icra hakimiyyəti tərəfindən xüsusilə qiymətləndirilmişdir.