GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ TƏLƏBƏLƏRİNİN İKİNCİ KÖNÜLLÜLÜK LİDERLİK YAZ MƏKTƏBİ YEKUNLAŞIB

“Gəncə Dövlət Universiteti tələbələrinin ikinci könüllülük yaz məktəbi” çərçivəsində təşkil olunan təlimləri başa çatıb.

Gəncə Dövlət Universitetinin 80 illik yubileyinə həsr olunan təlimlər şəhər Gənclər Evində keçirilib.

Layihənin sonuncu günündə Bakı şəhərindən dəvət olunmuş təlimçi Mahmud Mahmudovun rəhbərliyi ilə “Azərbaycan həqiqətlərinin sosial şəbəkələr vasitəsilə dünyaya çatdırılmasında gənclərin rolu” mövzusuna həsr olunan təlimlər tələbələrdə böyük mayaq yaradıb.

Sonra mövzu ətrafında maraqlı müzakirələr aparılıb, komanda oyunları keçirilib.

Təlimlərdə ümumilikdə universitetin 40 nəfər tələbə-gənci iştirak edib.