Gəncə Dövlət Universitetində Alman Akademik Mübadilə Xidmətinin  (DAAD) təqaüd proqramları haqqında tələbələrlə məlumatlandırıcı görüş

22.05.2026-cı il tarixində Alman Akademik Mübadilə Xidmətinin Azərbaycandakı əməkdaşı Liza Brandt Gəncə Dövlət Universitetinin Alman dili kafedrasında görüş keçib.

Alman Akademik Mübadilə Xidməti tərəfindən təşkil olunmuş görüşdə “Təhsil və təhsil imkanları” mövzusunda fikir mübadiləsi aparılıb. Alman Akademik Mübadilə Xidmətinin Azərbaycandakı əməkdaşı Liza Brandt təqaüd proqramları və təhsil imkanları barədə ətraflı məlumat verib.

Tədbirdə Filologiya və xarici dillər fakültəsinin dekanı Yadigar Əliyev, universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov , Alman dili kafedrasının müdiri Elvin Atakişiyev, baş müəllim Vüsalə Kərimova çıxış edərək tələbələrin akademik inkişafı, beynəlxalq təcrübə qazanması, xarici dil bacarıqlarının təkmilləşdirilməsi və gələcək karyera imkanlarının genişləndirilməsi baxımından təqaüd proqramının əhəmiyyətindən danışıblar.