Gəncə Dövlət Universitetində “ASAN xidmət və könüllülük fəaliyyəti” ilə bağlı tədbir keçirilmişdir

Gəncə Dövlət Universitetində  “ASAN xidmət” Mərkəzlərində könüllülük fəaliyyətinin təbliği ilə bağlı tədbir keçirilmişdir.

 Tədbirdən öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqilik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

        Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) haqqında məlumat vermiş,  könüllülük fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mövcud imkanlardan danışmışdır.  

Tədbirdə iştirak edən 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin əməkdaşı Elnur Şabanzadə bildirmişdir ki, “ASAN xidmət” Mərkəzlərində könüllülərə bilik, ilkin əmək vərdişləri və dövlət orqanının işi ilə yaxından tanış olmaq şansı verilir,  gənclərin dövlət qulluğu tərbiyəsinə yiyələnmələrinə köməklik göstərilir.

       Tədbirdə GDU tələbələrinin “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyətinin həyata keçirilməsi üçün ilkin müraciətləri də qəbul edilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti