Gəncə Dövlət Universitetində tədris-köməkçi və inzibati işçilərin attestasiyası keçirilir

Gəncə Dövlət Universitetində  tədris-köməkçi və inzibati işçilərin attestasiyasına  başlanılmışdır. 

Rektor Yusif Yusibovun 15.04.2022-ci il tarixli 5/111 saylı əmrinə əsasən işin səmərəliliyinin artırılması, habelə işçilərin bilik və bacarıqlarının, müasir komputer texnikasından istifadə səviyyəsinin, işçilərin tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması məqsədilə keçirilən attestasiyada İKT biliklər ilə yanaşı esse (inşa) yazmaq qabiliyyəti də yoxlanılır.

Attestasiyada İKT biliklərinin yoxlanılması üçün işçilərə 250 test, 50 praktik iş təqdm olunmuşdur.

Universitetinin  tədris-köməkçi və inzibati işçilərin attestasiyası 21-29 noyabr tarixlərini əhatə edir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti