Gəncə Dövlət Universitetində bu gün rəsmi IELTS imtahanı keçirilir

 

Qərb bölgəsində ilk dəfə olaraq Gəncə Dövlət Universitetində IELTS imtahanı keçirilir. İmtahan GRBS şirkətlər qrupunun təşkilatçılığı ilə 18.02.2017- ci il tarixində saat 09:00- 12:00 aralığında Gəncə Dövlət Universitetinin əsas tədris binasında təşkil olunmuşdur.

Qeyd edək ki, Gəncə Dövlət Universiteti ilə GRBS şirkətlər qrupu arasındakı razılığa əsasən hər ay Gəncə Dövlət Universitetində həm rəsmi IELTS imtahanı, həm də IELTS sınaq imtahanları keçiriləcək.

İmtahanlarda iştirak etmək istəyən hər kəsi Gəncə Dövlət Universitetinə dəvət edirik.DSC_6392