Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir

Gəncə Dövlət Universitetində 2021-2022-ci tədris ilinin yaz imtahan sessiyasının nəticələri, qarşıda duran vəzifələrə həsr edilmiş Elmi Şuranın növbəti iclası keçirilmişdir.

   İclası giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq əvvəlcə Ümumdünya Müəllimlər Günü münasibətilə universitetin pedaqoji heyətini təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır Sonra GDU-nun kimya-biologiya fakültəsinin müəllimi Vüsalə Abbasovanı fəlsəfə doktoru elmi dərəcəsi alması münasibəti ilə təbrik etmiş və diplomu ona təqdim etmişdir. Rektor diqqətə çatdırmışdır ki, son illər universietin bütün sahələrində qazanılmış uğurların nəticəsidir ki, gənclər arasında bu ali təhsil ocağına maraq daha da artmışdır. Artıq universitet üzrə qəbul planı 93 faizi ötmüşdür. Rektor Yusif  Yusibov prorektorların, fakültə dekanlarının, kafedra və şöbə müdirlərinin, eləcə də tədrisin keyfiyyətinə nəzarət komissiyalarının rəhbərlərinin və monitorinq qrupu üzvlərinin universitetdə dərslərin və nizam-intizamın təşkili, tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı görülməsi vacib olan məsələlərlə bağlı tapşırıqlar verdikdən sonra şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış etmişdir.

      Elmi Şurada 2021-2022-ci tədris ilinin yaz imtahan smestrinin imtahan sessiyasının yekunu, 2022-2023-cü tədris ilində qarşıda duran vəzifələr barədə universitetin Tədris məsələləri üzrə prorektoru, dosent Şahin Xurşudovun hesabatı dinlənildi. Qeyd edildi ki, yaz imtahan sessiyası tədris planına uyğun olaraq 01 iyunda başlayıb, 05 iyul 2022-ci ilə qədər davam etmişdir, imtahanda ən yüksək göstəricisi Filologiya fakültəsinə aiddir. Imtahanlarda ictimai nəzarətin həyata keçirilməsi, şəffaflığın artırılması məqsədilə ziyalıları, millət vəkilləri və QHT üzvlərindən ibarət “İctimai nəzarət şurası” yaradılması da vurğulanmışdır.

 GDU-nun Tədris məsələləri üzrə prorektoru, dosent Şahin Xurşudov onu da qeyd etdi ki, kredit sistemi tədrisin təşkili qaydalarına uyğun olaraq payız və yaz smestrindən akedemik borcu qalmış 160-dan artıq tələbə üçün yay smestri təşkil

edilmişdir. 25 iyul-30 avqust 2022-ci aralığında keçirilən yay smestrində bütün tələbələr müvəffəq qiymətlər almışdır. Elmi Şurada kafedralar üzrə açıq dərslərin keçirilməsinə aid qrafiklərin tərtib olunması üçün təkliflər verilmişdir.

Sonra İnnovasiyalar departamentinin direktoru Vasif Həsənovun hesabatıdinlənilmiş və tədris-informasiya mənbələrinin müasirliyi, universitetin beynəlxalq şəbəkəsinə çıxışı, mütəxəssis hazırlığının sturukturunda aparılmış dəyişikliklər, universitein beynəlxalq əlaqələri məsələləri ətrafında müzakirələr aparılmışdır.

  Elmi Şurada inzibai-təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənov çıxış edərək universitetin maddi texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlər barədə ətraflı məlumat vermişdir.

Elmi Şura cari məsələlərin müzakirəsi ilə başa çatmışdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.