GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ İRƏVAN MÜƏLLİMLƏR SEMİNARİYASININ 140 İLLİYİ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetində “İrəvan Müəllimlər  Seminariyası-140” adlı tədbir keçirilmişdir.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın işğaldan azad edilməsində qəhrəmanlıqla şəhid olan igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın əhəmiyyətindən danışmış və diqqətə çatdırmışdır ki, bu Sərəncam milli yaddaşımızın bərpasına hədəflənmişdir. Keçmişi bilməmək yalnız indi baş veənlərin dərkinə deyil, həm də gələcəyə nüfuz etmək təşəbbüslərinə mane olur. Keçmiş bu günlə bağlı olduğu kimi, həm də gələcəklə sıx bağlıdır. Təkcə bu günü deyil, sabahı, gələcəyi dərindən dərk etmək, qiymətləndirmək baxımından da keçmişi yaxşı öyrənməli və sələflərimizin yaratdıqları mənəvi dəyərlərə sahib çıxmalıyıq. Bu baxımdan İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi ilə bağlı ölkə başçısının Sərəncamı elmi-pedaqoji, siyasi-ideoloji, mədəni-mənəvi əhəmiyyət kəsb edir. Bu Sərəncam İrəvan mahalında azərbaycanlıların min illər boyu yaratdığı tarixi irsə sahib çıxmaqla yaddaşımzı bərpa etməyə və straateji hədəflərə nail olmağa yönəlib.

Sonra universitetin dosenti, GDU-nun veteranlar şurasının sədri Fəxrəddin Useynovun “İrəvan seminariyasının yarandığı tarixi şərait”, Azərbaycan dili kafedrasının müəllimi, dosent Gülarə Məlikovanın “Azərbaycanda maarifçilik-İrəvan Seminariyası”, həmin kafedranın müəllimi Samirə Quliyevanın “Qori və İrəvan müəllimlər seminariyasının milli təhsil tariximizdəki yeri və rolu haqqında”, filologiya fakultəsinin II və III kurs tələbələri Sevil Qasımovanın və Ceylan Rüstəmovanın “İrəvan Seminariyasının müsəlman şöbəsinin müəllim və tələbələri” mövzularında məruzələri dinlənilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.