TƏCRÜBƏÇİ TƏLƏBƏNİN 39 NÖMRƏLİ TAM ORTA MƏKTƏBDƏ SINAQ DƏRSİ KEÇİRİLDİ

14. 04. 2022-ci il tarixdə  Gəncə şəhər Mir Cəlal Paşayev adına  39 nömrəli tam orta məktəbindəPedaqoji fakültənin İbtidai sinif müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi İlknur Məmmədovanın 34 sinifində Ana dili fənnindən  “Kərpic  kəsən qocanın ” hekayəsi mövzusun da sınaq dərsi keçirilmişdir.

Dərsdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Şahin Xurşudov, Orta məktəbin direktoru Nizami Rzayev, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Allahverdi Quliyev, Pedaqoji fakültənin dekan müavini İlqar Haqverdiyev, Təcrübə rəhbərləri və həmin məktəbdə təcrübədə olan təcrübəçi tələbələr iştirak edirlər.

Təcrübəçi tələbə İlknur Məmmədovanın dərsi müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələbləri tamamilə ödənildi.  Təcrübəçi tələbə İlknur Məmmədova “Kərpic kəsən qocanın” hekayəsinə aid materialı ətraflı izah etdikdən sonra, mövzuya aid şagirdlərin hazırladığı səhnəciklər və qruplar arası yarışmalar tədbir iştirakçılarına təqdim olundu.

Dərsi yekunlaşdıqdan sonra Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Şahin Xurşudov təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsinin yaxşı təşkil olunduğunu, müasir təlim texnologiyalarına uyğun aparıldığını, təcrübəçi tələbənin dərsinin yaxşı səviyyədə olunduğunu qeyd elədi. Təcrübəçi tələbəyə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verildi. Ümumiyyətlə, Gəncə Dövlət Universiteti ilə Gəncə şəhər Mir Cəlal Paşayev adına  39 nömrəli tam orta məktəbin arasında uzunmüddətli elmi, pedaqoji və ictimai xarakterli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.