TƏCRÜBƏÇİ TƏLƏBƏNİN ORTA MƏKTƏBDƏ SINAQ DƏRSİ KEÇİRİLDİ

14.04.2022-ci il tarixdə Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsinin İnformatika müəllimliyi ixtisası üzrə 42 qrup tələbəsi İbrahim Qasımovun 7a sinifində  informatika fənnindən “Qraf informasiya modelləri”  mövzusunda sınaq dərsi təşkil olunmuşdur.

Dərsdə Riyaziyyat – informatika  fakültəsinin dekanı Oruc Hüseynov, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Təcrübə rəhbəri dosent Gülmira Verdiyeva,  Ümumi pedaqogika kafedrasının müəllimi Pərvanə Əliyeva, həmin məktəbin informatika müəllimi Gülnar Qasımova və həmin məktəbdə təcrübədə olan təcrübəçi tələbələr iştirak edirdi.

Təcrübəçi tələbə İbrahim Qasımov mövzu ilə əlaqədar şagirdlərə informasiya modelləri haqqında geniş məlumat verdi, mövzunun əsas hissələrini ətraflı izah etdi.

Dərsin sonunda çıxış edənlər təcrübəçi tələbənin dərsinin müasir təlim metodlarına uyğun təşkil olunduğunu,  dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldığını, qarşıya qoyulan tələblərin tamamilə ödənildiyini qeyd etdilər. Təcrübəçi tələbəyə bir sıra metodiki məsləhətlər verildi.

Ümumiyyətlə, Gəncə Dövlət Universiteti ilə Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbin arasında uzunmüddətli elmi, pedaqoji və ictimai xarakterli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.