Gəncə Dövlət Universitetində istiqlal şairi Əhməd Cavadın 130 illiyinə həsr olunan esse müsabiqəsi keçirilib

Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin tələbələri arasında “Milli İstiqlal şairi Əhməd Cavad” adlı esse müsabiqəsi keçirilib.  

   Esse müsabiqəsi istiqlal şairi Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən təşkil edilib.

 Tələbələr tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın həyat və yaradıcılığına dair esse yazılıb.

  Mövzu ətrafında ən yaxşı esse yazan IV kurs tələbəsi Aysun Həsrətovaya kitab hədiyyə edilib. Müsbiqədə II yeri Roza Məmmədzadə, III yeri isə Aygün Məhərrəmova tutub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti