Tələbəmiz sərbəst güləş üzrə uğur qazanıb

Bakı şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə turnirin final mərhələsi keçirilib. Yarışda respublika üzrə 312 gənc mübarizə aparıb.

   Sərbəst güləş üzrə turnirdə Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının 1-ci kurs tələbəsi Elşən Babayev Kəlbəcər rayonunu təmsil edərək 65 kq çəki dərəcəsində III yer tutub. Turnirdə E.Babayev müvafiq diplom və medalla təltif olunub.

    Bu münasibətlə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, universitetin Idman Klubunun sədri Xəqani Umudov və III yerin qalibi Elşən Babayevlə görüş keçirib. Rektor tələbəmizi təbrik edərək dərslərində və idman sahəsində uğurlar arzulayıb.

   YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov ali məktəbdə tələbələrə göstərilən diqqət və qayğıya görə rektora təşəkkür edib.

Görüşdə elmin inkişafında və ölkəmizin ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Gəncə Dövlət Universitetinin rektoruna YAP Kəlbəcər Rayon Təşkilatı tərəfindən Fəxri Fərman təqdim edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti