Gəncə Dövlət Universitetində kadr hazırlığına xüsusi önəm verilir

Dövlətin qarşıya qoyduğu mühüm tələblərdən biri də əmək bazarını nəzərdən keçirməklə, ixtisasların cəmiyyətin tələblərinə uyğun olaraq yenilənməsidir. Amma burada əsas məsələ cəmiyyətin mövcud tələblərə uyğun olaraq müxtəlif vasitələrlə inkişaf etdirilməsidir. Yəni kadrlar zaman-zaman müasir dövrün tələblərinə uyğun olan istiqamətlərə yönləndirilməlidir. Qeyd edək ki, bir müddətdən sonra bu günki müəyyən istiqamətlər aktual olmaya da bilər. Burada tendensiya daha çox informasiya texnologiyalarından istifadə, insanların yaşam standartı ilə əlaqəlidir. Belə ki, gələcəkdə daha çox rəqəmsal texnologiyalar üzrə mütəxəssislərə tələbat daha da artıq ola bilər.

Bütün bunları nəzərə alan Gəncə Dövlət Universiteti aparılmış struktur dəyişikliklərinin tərkib hissəsi kimi uiniversitetdə ilk dəfə olaraq, tyudor xidməti yaratmışdır. Bu xidmətə işə qəbul isə imtahanlar vasitəsilə həyata keçirilir. 3 mərhələdə keçiriləcək imtahanların 1-ci mərhələsi iyulun 21-də reallaşmışdır. İlkin olaraq kompüter texnikası və müasir texnologiyalardan istifadə bacarıqlarının yoxlanılması məqsədi ilə test imtahanı (kompüterin əməliyyat sistemləri, MS Office proqramları, elektron poçt yaratma və istifadə və sair) keçirilmişdir.

Qeyd edək ki, 2-ci mərhələ iyulun 22-də, 3-cü mərhələ isə iyulun 25-də keçiriləcəkdir. 2-ci mərhələdə iddiaçı ümumdünya görüşü, ölkə tarixi və məntiqi biliklərinin yoxlanılması üçün əlyazma formasında ən azı 2 vərəqdən ibarət esse yazmalı, 3-cü mərhələdə isə iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası, əmək məcəlləsi, təhsil qanunvericiliyi barədə bilik səviyyəsinn yoxlanılması məqsədilə müsahibə keçiriləcəkdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.