Universitetdə 2021-2022-ci tədris ili uğurla başa çatmışdır

Gəncə Dövlət Universitetində 2021-2022-ci tədris ilinin yaz imtahan sessiyası uğurla başa çatmışdır. Azərbaycan Raspublikası təhsil nazirinin müvafiq əmrinə uyğun təşkil olunan imtahan sessiyası bütün təhsil səviyyələrində əyani və qiyabi təhsil formaları üzrə iyunun 1-dən iyulun 5-dək davam etmişdir. Rektorun müvafiq əmrlərinə uyğun olaraq təşkil edilən imtahanlar yazılı, şifahi, test və qabiliyyət formasında keçirilmişdir.

Qeyd edək ki, universitet üzrə yekun Dövlət Attestasiyası iyunun 22-dən iyulun 5-dək keçirilmişdir. Bakalavriat səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi Dövlət Attestasiya Kommissiyasında , magistratura səviyyəsində isə dissertasiya işlərinin müdafiəsi ixtisaslaşdırılmış elmi şuralarda keçirilmişdir.

Məlum olduğu kimi imtahanlarda üzürlü səbəbdən iştirak etməyənlər, eləcə də təhsil haqqı borcu qaldığına görə imtahanlara burxılmayan, sessiya zamanı akademik borcu yarananlar da olmuşdur. Həmin tələbələrə şans verilmiş və iyulun 13-dən 20-dək təkrar imtahanlar keçirilmişdir. Beləliklə universitetdə yaz imtahan sessiyası müvəffəqiyyətlə yekunlaşmışdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.