GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ “KİTABLA TERAPİYA” OXU MƏDƏNİYYƏTİNİ TƏŞVİQ EDƏN LAYİHƏ REALLAŞMIŞDIR

Gəncə Dövlət Universitetində mütaliyəyə psixoloji yöndən marağın artırılması və oxu mədəniyyətinin təşviqi məqsədilə nəzərdə tutulan silsilə tədbirlərdən biri keçirilmişdir.

          Tədbiri giriş sözü ilə universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açaraq layihənin əhəmiyyətindən danışmışdır. Sonra  layihənin hədəf qrupunun üzvləri çıxış edərək iştirakçılara kitabla terapiya (biblioterapiya) üsulu təqdim etmiş, bu üsulun tarixi, səmərəliliyi, praktik psixoloqun iş vəsaiti olaraq işləkliyi (hansı problemlərin necə aradan qaldırılması) barədə məlumat vermişlər. Sonra iştirakçılar əvvəlcədən elan edilmiş seçilən kitabları oxuduqdan sonra psixoloqun moderatorluğu ilə qrup terapiyası şəklində müzakirə etmişlər.

          Layihənin icrası zamanı iştirakçılara kitabça, əlfəcin, sertifikat, dəftərxana ləvazimatları, disqlər təqdim edilmişdir. Diqqətə çatdırılmışdır ki, layihənin yekununda həm də mütaliyəyə təşviq edən 3 D qrafikasından istifadə etməklə çarx hazırlanaraq sosial şəbəkələrdə yayımlanacaqdır.

          Layihənin rəhbəri və tədbirlərin moderatoru, psixoloq Kamil Həmidov, Gəncə şəhəri üzrə koordinatoru, psixoloq Zahid Tağıyev və psixoloq Samir Rüstəmov iştirakçıları maraqlandıra suallara aydınlıq gətirmişlər.

         “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilaçılığı ilə keçirilən “Kitabla terapiya adlı tədbirlərin təkili” layihəsinin maliyyə dəstəkçisi Azərbaycan Respublikası Qeyr-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Agentliyidir.

 Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.