UNİVERSİTETDƏ RESPUBLİKA BƏDİİ YARADICILIQ FESTİVALINA SEÇİM TURU KEÇİRİLMİŞDİR

Azərbycanın Ümummilli Lideri Heydər Əliyevin 99 illik yubileyinə həsr olunmuş tələbələrin bədii yaradıcılıq festivalının növbəti seçin turu Gəncə Dövlət Universitetində keçirilmişdir.

          Seçim turunda universitetin bütün fakultələrində təhsil alan 60 nəfərədək istedadlı tələbə iştirak etmişdir. Festivalın münsiflər heyətinin üzvləri-Əməkdar İncəsənət Xadimi, şair Baba Vəziroğlu, xalq artıstləri Samir Cəfərov və Mübariz Tağıyev tələbələrin çıxışlarını dinləmiş, onlara bəzi məsləhətlər vermişlər.

          Seçim turunda istedadlı tələbələrin ifasında səslənən Azərbaycanın xalq və bəstəkar mahnıları, eləcə də xor üçün yazılmış müsiqilər münsiflər heyəti üzvlərində xoş ovqat yaratmışdır.

           Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.